Texniki Personal Təlimləri (HK, Engineering, Security)
Qonağın rahatlığı təkcə resepsiya və restoran xidməti ilə bitmir – otaq təmizliyi, texniki xidmət və təhlükəsizlik əməkdaşlarının davranışı da ümumi təcrübəyə böyük təsir göstərir. Kiçik bir səhv bütün təəssüratı dəyişə bilər, düzgün yanaşma isə qonaqda etibar və məmnuniyyət yaradır.Təlimdə öyrədilənlər:
Housekeeping standartları: otağa daxil olma, təmizlik prosesi, qonaqla ünsiyyət etikası
Texniki heyətin qonaqla davranışı və xidmət zamanı etik qaydalar
Təhlükəsizlik personalının davranış mədəniyyəti, qapıda qarşılama və nəzakət standartları
Qonaq sorğularının peşəkar cavablandırılması və operativ həll yolları
Bütün personal üçün “qonaq mərkəzli” düşüncə tərzinin formalaşdırılması
Bu təlimdən sonra texniki komandanız yalnız öz işini yox, ümumi qonaq təcrübəsini yüksəltməyin əhəmiyyətini anlayacaq və otelinizdə xidmət keyfiyyətini daha da möhkəmləndirəcək.