Ulduz təsnifatı auditi və hazırlığı
Otelinizin aldığı ulduz sayı yalnız bir lövhə üzərindəki rəqəm deyil – qonaqların gözləntilərini formalaşdıran, bazardakı mövqeyinizi müəyyən edən ən vacib göstəricilərdən biridir. Səhv hazırlıq nəticəsində təsnifatda gözləniləndən az ulduz almaq həm nüfuza, həm də gəlirlərə ciddi təsir göstərə bilər.IlkinPro Hospitality bu prosesdə sizə dəstək olur:

  • Otelin mövcud vəziyyətinin ulduz təsnifatı kriteriyaları ilə müqayisəli auditi
  • Lazımi standartların (OTA, dövlət və beynəlxalq meyarlar) analizi
  • Ulduz yüksəlişi üçün tələb olunan dəyişikliklərin siyahısı və fəaliyyət planı
  • Personal təlimi və xidmət keyfiyyətinin uyğunlaşdırılması
  • Sənədləşmə və rəsmi yoxlamalara hazırlıq dəstəyi
Faydalar:
  • Ulduz təsnifatında yüksək nəticə qazanmaq və brend dəyərini artırmaq
  • Beynəlxalq bazarda rəqabət imkanlarını gücləndirmək
  • Qonaq məmnuniyyətini yüksəltmək və reytinqlərdə üstün mövqeyə çıxmaq
  • İnvestisiya dəyərinin artması və daha yüksək gəlirlilik