Bir otel və ya restoranın sabit gəliri üçün korporativ müştərilərlə davamlı əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Lakin çox vaxt müəssisələr bu prosesi təsadüfi görüşlər və fərdi əlaqələrlə məhdudlaşdırır. Nəticədə satış potensialı tam istifadə olunmur.IlkinPro Hospitality korporativ satış sistemini peşəkar şəkildə qurur:
Hədəf bazar və müştəri seqmentlərinin müəyyən edilməsi
Satış hədəflərinin və illik fəaliyyət planının hazırlanması
Korporativ təklif və müqavilə şablonlarının yaradılması
CRM sisteminin tətbiqi və komandaya uyğunlaşdırılması
Satış heyətinin təlimi və davamlı nəzarət mexanizmləri
Faydalar:
Daha geniş korporativ müştəri bazası və davamlı gəlir axını
Satış prosesinin sistemli şəkildə izlənməsi və ölçülməsi
İtkilərin və təsadüfiliklərin minimuma endirilməsi
Komandanın motivasiyasının və peşəkarlığının yüksəldilməsi