Doğru investisiya qərarı uğurun yarısıdır. Bir otel və ya restoran layihəsinə başlamaqdan əvvəl onun yerinin, potensial bazarının və gəlirlilik imkanlarının düzgün qiymətləndirilməsi vacibdir. Əks halda böyük maliyyə yatırımları uzunmüddətli zərərə çevrilə bilər.IlkinPro Hospitality bu mərhələdə sahibkar və investorların etibarlı tərəfdaşıdır. Biz sizin layihənizi hərtərəfli təhlil edirik:
Bazar araşdırması və rəqiblərin qiymətləndirilməsi
Layihənin yerləşmə üstünlükləri və çatışmazlıqları
Potensial qonaq seqmentlərinin müəyyən edilməsi
Təxmini gəlir və xərclərin proqnozlaşdırılması
İnvestisiya geri dönüş müddətinin (ROI) hesablanması
Faydalar:
Yanlış qərarlardan qorunmaq və riskləri minimuma endirmək
İnvestisiyanın real potensialını görmək
Bank, investor və ya tərəfdaşlarla daha güclü danışıqlar aparmaq
Layihəyə ən doğru formatda başlamaq və uzunmüddətli uğuru təmin etmək
IlkinPro Hospitality – çünki hər uğurlu layihə doğru dəyərləndirmə ilə başlayır.