Online satışların qurulması və artırılması
Bu gün qonaqların böyük əksəriyyəti otel və restoran seçimini online platformalar üzərindən edir. Əgər müəssisəniz rəqəmsal mühitdə güclü mövqedə deyilsə, potensial müştərilərin böyük hissəsini itirirsiniz.IlkinPro Hospitality olaraq biz sizin üçün effektiv online satış mexanizmi qururuq:

  • PMS və Channel Manager vasitəsilə Booking.com, Airbnb, Agoda və digər kanallara inteqrasiya
  • Rəsmi vebsaytınızda online rezervasiya modulunun yaradılması
  • SEO və rəqəmsal reklamlarla daha çox görünürlük
  • Sosial şəbəkələrdən rezervasiyaya yönəldən satış hunisinin qurulması
  • Online rəylərin idarə olunması və reytinqlərin yüksəldilməsi
Faydalar:
  • Daha çox rezervasiya və gəlir artımı
  • Satış kanallarında vahid qiymət və mövcudluq idarəetməsi
  • Vasitəçi xərclərinin azalması, birbaşa rezervasiyaların çoxalması
  • Rəqəmsal imic və brend gücünün möhkəmlənməsi