Hotelin açılışa hazırlanması (tam xidmət paketi)
Yeni bir otel layihəsi böyük investisiya və böyük gözləntilər deməkdir. Amma uğurlu açılış yalnız tikinti və dizaynla bitmir – doğru planlaşdırma, düzgün komanda və sistemli idarəetmə tələb edir. Əks halda, ilk gündən qonaqların gözündə mənfi təəssürat yaranar və investisiyanın geri dönüşü ləngiyər.IlkinPro Hospitality olaraq biz otelinizin açılışa hərtərəfli hazır olmasını təmin edirik:

  • Struktur və bölmələrin formalaşdırılması
  • İşçi heyətinin seçilməsi və təlimi
  • SOP-ların (Standard Operation Procedures) hazırlanması və tətbiqi
  • Satış və marketinq strategiyasının qurulması
  • PMS və Channel Manager kimi idarəetmə sistemlərinin inteqrasiyası
  • Açılış öncəsi sınaq əməliyyatları və “test stay” proqramları
Faydalar:
  • Açılış günündən qonaqlara peşəkar xidmət təqdim etmək
  • İşləyən, hazırlıqlı komanda ilə start götürmək
  • Satış və gəlir potensialını ilk gündən düzgün istiqamətə yönəltmək
  • İnvestisiyanın daha tez geri dönməsini təmin etmək