Restaurant Servisi Təlimləri
Restoranda qonağın xatırladığı ilk şey yeməyin dadı qədər ofisiantın münasibəti və xidmətidir. Peşəkar xidmət – müştərinin yenidən qayıtmasının və restoranın uğurla böyüməsinin açarıdır.Təlimdə öyrədilənlər:

  • Qonağın qarşılanması və masada düzgün yerləşdirilməsi
  • Menyu təqdim etmə, yemək və içki tövsiyə etmə bacarıqları
  • Ofisiantın etiket qaydaları: duruş, nitq və davranış
  • Şikayətlərin peşəkar şəkildə idarə edilməsi
  • Qonağın yola salınması və loyallığın artırılması
  • İngilis dilində əsas cavablandırmalar və ünsiyyət formaları

Bu təlim sayəsində personalınız daha diqqətli, daha nəzakətli və satış yönümlü xidmət göstərəcək, nəticədə həm qonaqlar, həm də müəssisəniz qazanacaq.