Müasir dövrdə hotel və ya icarə obyektlərinin uğurlu idarə olunması yalnız yaxşı xidmətlə bitmir – düzgün texnoloji alətlər də vacibdir. PMS (Property Management System) – bütün otaqların, qonaqların, ödənişlərin və gündəlik əməliyyatların idarə olunmasını asanlaşdırır. Channel Manager isə sizin otaq mövcudluğunuzu və qiymətlərinizi eyni anda Booking.com, Airbnb, Agoda və digər platformalara ötürür. Beləcə, artıq ikili rezervasiyalar, səhvlər və əlavə vaxt itkisi unudulur.
IlkinPro-nun təqdim etdiyi bu həll bundled şəkildədir – yəni PMS + Channel Manager bir paketdə. Bundan əlavə, paketə sizin saytınıza qoşula biləcək online rezervasiya interfeysi də daxildir. Beləliklə, qonaqlar birbaşa sizin vebsaytınızdan sifariş edə bilir və sifarişlər avtomatik olaraq sistemə düşür. Bu, həm işinizi yüngülləşdirir, həm vaxtınıza qənaət edir, həm də məhsuldarlığınızı artırır.