Otel və restoranların gəlirliliyində ən kritik məqam doğru qiymət siyasətidir. Qiymətlər çox yüksək olduqda satışlar azalır, çox aşağı olduqda isə gəlir itkisi baş verir. Optimal tarazlığı tapmaq üçün peşəkar təhlil və davamlı nəzarət vacibdir.IlkinPro Hospitality müəssisənizin gəlir idarəetməsini gücləndirmək üçün hərtərəfli analiz aparır:
Mövcud qiymət siyasətinin dəyərləndirilməsi
Mövsümi, həftəlik və günlük dinamiklərin təhlili
Rəqiblərin qiymət strategiyasının müqayisəsi
OTA (Booking.com, Expedia, Airbnb və s.) performansının analizi
Ən uyğun qiymət modellərinin hazırlanması (BAR, paket qiymətlər, promosiyalar)
Gəlir artımına yönəlik konkret tövsiyələrin verilməsi
Faydalar:
Optimal qiymətlərlə həm doluluğu, həm də gəliri artırmaq
Daha çevik və bazara uyğun satış strategiyası qurmaq
Reklam və satış kampaniyalarının effektini yüksəltmək
Maliyyə planlamasında proqnoz dəqiqliyini gücləndirmək
IlkinPro Hospitality – çünki düzgün qiymət siyasəti gəlirin açarıdır.