Satış təsadüf deyil – düzgün qurulmuş sistemdir. Marketinq isə yalnız reklam yox, düzgün mesajı, düzgün zamanda, düzgün auditoriyaya çatdırmaqdır. Otellər və restoranlar üçün bu iki sahənin gücləndirilməsi birbaşa gəlirlərin artması deməkdir.Təlimdə öyrədilənlər:
Satış strategiyası və seqmentasiya (korporativ, agentlik, tur operatoru və s.)
Müştəri etirazlarının idarə edilməsi və effektiv satış texnikaları
Satış təklifləri, müqavilələr və CRM sistemi ilə işləmək
Rəqəmsal marketinq: sosial media, SEO, kampaniyalar
Brend imici və vahid mesajların qurulması
Kampaniyaların izlənməsi və nəticələrin ölçülməsi
Bu təlimdən sonra komandanız daha çox müştəri cəlb edəcək, gəlirləri yüksəldəcək və brendinizi bazarda fərqləndirəcək.