Xidmətdən Mükəmməlliyə — Hotel Təlim Proqramı
IlkinPro Hospitality-nin “Xidmətdən Mükəmməlliyə” proqramı otellərdə xidmət keyfiyyətini, qonaq təcrübəsini və komanda ruhunu yüksəltmək üçün hazırlanmış 5 günlük peşəkar təlim modelidir.
Bu proqram sadəcə bilik ötürmür — xidmət fəlsəfəsini dəyişir.

🎯 Nəyə nail olacaqsınız
  • Qonaq məmnuniyyətinin və loyallığın artması
  • Aktiv satış düşüncəsinin formalaşması
  • Komanda içi koordinasiyanın və motivasiyanın güclənməsi
  • Xidmət keyfiyyətinin ölçülə bilən və davamlı olması
💡 Hər şöbə (Front Office, Sales, F&B, Housekeeping, Security, Management) üçün ayrıca sessiyalar — hər biri 3–3.5 saat, gündə 2 sessiya.

👨‍🏫 Təlimçi haqqında: İlkin Rüstəmov - 15 ildən artıq beynəlxalq hotelçilik təcrübəsinə malik turizm mütəxəssisdir. İlkin bəy, həm yerli bazarın reallıqlarını, həm də beynəlxalq xidmət standartlarını dərindən bilən bir lider olaraq, bu təlimdə otellərdə xidmətin insan davranışı, mədəniyyət və satış psixologiyası ilə necə bağlı olduğunu praktik şəkildə izah edir.

Bu proqramın məqsədi təkcə təlim keçmək deyil, xidmətə baxış bucağını dəyişmək, qonaqla davranışı sənət səviyyəsinə qaldırmaqdır.
Ətraflı təqdimatı yüklə
Sifariş sorğusu ver