Müəssisənizdə xidmət davranışının real vəziyyətini ölçün və inkişaf xəritəsini müəyyən edin.
Xidmət mədəniyyəti yalnız standartlarla ölçülmür — o, insan davranışı, komanda münasibətləri və müştəri təcrübəsinin bütövlüyü ilə formalaşır.
IlkinPro Hospitality komandası olaraq biz xidmət prosesinizi sadəcə “müşahidə etmirik” — biz onu hiss edirik, ölçürük və sistemləşdiririk.
Xidmət Mədəniyyəti Auditi — müəssisənin xidmət keyfiyyətini, komanda davranışını və idarəetmə sistemlərini analiz edən kompleks qiymətləndirmə modelidir.
Bu audit nəticəsində siz xidmət mədəniyyətinizin hazırkı səviyyəsini, komanda münasibətlərindəki balansı və qonaq təcrübəsindəki boşluqları aydın şəkildə görürsünüz.
🔍 Audit nəyi əhatə edir
Komanda müşahidələri — real iş mühitində ünsiyyət, qarşılanma, xidmət davranışı və qonaqla emosional əlaqə səviyyəsinin təhlili
Xidmət standartlarının praktik tətbiqi — mövcud qaydaların gündəlik əməliyyatla uyğunluğunun yoxlanılması
Qonaq təcrübəsinin qiymətləndirilməsi — real və ya “mystery guest” metodu ilə qonaq təəssüratlarının təhlili
İdarəetmə və liderlik davranışının analizi — rəhbərlərin komanda üzərində təsiri və xidmət yönümlü idarəetmə vərdişləri
Komanda anketləri və müsahibələr — daxili motivasiya, ünsiyyət və əməkdaşlıq mədəniyyətinin səviyyəsinin müəyyən edilməsi