Hər brendin öz xidməti ruhu olmalıdır — gəlin, sizin müəssisəniz üçün bunu birlikdə yaradaq.
Xidmət konsepti — müəssisənin mədəniyyət kodudur. Bu konsept qonağın hiss etdiyi atmosferi, əməkdaşın davranış tonunu və brendin ünsiyyət tərzini müəyyən edir.
IlkinPro Hospitality komandası olaraq biz, hər müəssisə üçün fərqli və orijinal xidmət və qonaq təcrübəsi konsepti formalaşdırırıq — elə bir sistem ki, müştəri sənin biznesini seçəndə xidmət fərqini hiss etsin.
💡 Bu xidmət nə üçün lazımdır: Çox vaxt bizneslər brendin vizual tərəfinə (loqo, interyer, menyu) diqqət edirlər, amma xidmət davranışı və qonaq təcrübəsi dizaynı arxa planda qalır. Halbuki, bu iki element — müştərinin yaddaşında qalan əsas təəssüratı yaradır. Biz bu boşluğu doldurur və müəssisənizin kimliyini xidmət davranışı səviyyəsində formalaşdırırıq.
⚙️ Prosesi necə aparırıq:
Brend və müştəri təhlili – müəssisənin hədəf auditoriyası, bazar mövqeyi və mövcud qonaq təcrübəsi araşdırılır.
Xidmət hekayəsinin formalaşdırılması – brendin “hissiyyat xəritəsi” yaradılır: qonaq nə görməlidir, nə eşitməlidir, nə hiss etməlidir?
Davranış standartlarının dizaynı – komanda üçün davranış prinsipləri, ünsiyyət tonu, qarşılanma və əməliyyat detallarında xidmət dili qurulur.
Qonaq səyahəti (Customer Journey Mapping) – qonağın müəssisəyə ilk toxunuşundan ayrıldığı ana qədər olan bütün mərhələlər analiz və dizayn edilir.
Tətbiq və təlim mərhələsi – konseptin komandada mənimsənməsi üçün praktiki təlim və simulyasiyalar keçirilir.