Pre-Opening service setup
Açılışdan öncə xidmət düşüncəsini və komanda mədəniyyətini qurun.

Bir otelin, restoranın və ya hər hansı xidmət məkanının uğuru onun interyerindən və menyusundan əvvəl — insan münasibətləri və komanda davranışı ilə başlayır.

IlkinPro Hospitality komandası açılış mərhələsində olan müəssisələr üçün xidmət yönümlü sistemin sıfırdan qurulması xidmətini təqdim edir.Bu xidmətin məqsədi — yeni açılan biznesin daha ilk gündən “xidmət mədəniyyəti” prinsipi ilə işləməsini təmin etmək, komandada vahid davranış dili və xidmət standartlarını formalaşdırmaqdır.

💡 Bu xidmət nəyi əhatə edir:
  1. Xidmət strukturu və davranış çərçivəsinin qurulması – komanda rollarının, rəhbərlik münasibətlərinin və ünsiyyət sisteminin yaradılması.
  2. Komanda seçimi və təlim planlaması – açılış öncəsi komanda üçün təlim modulları və davranış yönümlü onboarding proqramı hazırlanır.
  3. Xidmət ssenariləri və qonaq axınının dizaynı – hər xidmət mərhələsi üçün real əməliyyat simulyasiyaları və davranış nümunələri tərtib olunur.
  4. Standartların və ölçülərin tətbiqi – xidmət keyfiyyəti üçün ölçülə bilən göstəricilər (Service KPIs) hazırlanır.
  5. Açılışdan əvvəl “trial service day” – komandanın birgə məşqlərlə real xidmət vəziyyətlərini təcrübədən keçirdiyi sınaq günü təşkil olunur.