Service-driven sales culture
Satışı xidmət üzərindən quraq – çünki etimad ən güclü satış alətidirƏn uğurlu satışçılar müştəriləri inandıran yox, onları anlayan insanlardır. Müasir dövrdə satış artıq yalnız rəqəmlərlə deyil, emosiya və etimadla idarə olunur.

IlkinPro Hospitality bu yanaşmanı “Service-driven Sales Culture” modeli ilə sistemləşdirir — yəni satış mədəniyyətini xidmət davranışı üzərində qurur.Bu xidmət vasitəsilə biz komanda və rəhbərlərə satışı xidmətin təbii nəticəsi kimi görməyi, müştəri etimadını və sadiqliyini isə “insani davranış” yolu ilə qazanmağı öyrədirik.

🔍 Bu xidmətin məqsədi:
Ənənəvi satış təlimləri insanı rəqəm və texnika ilə yükləyir.
Biz isə fokusumuzu fərqli yerə yönəldirik — emosional intellekt, empati və etimad. Çünki müştəriyə dəyər hiss etdirmədən, ona məhsul dəyəri izah etmək mümkün deyil.

⚙️ Proses necə işləyir
  1. Satış və xidmət proseslərinin analizi – mövcud satış sisteminin qonaq təcrübəsi ilə əlaqəsinin ölçülməsi.
  2. Davranış yönümlü satış bacarıqları – aktiv dinləmə, empatik ünsiyyət və “etimad körpüsü” texnikaları.
  3. Team Alignment Workshops – satış, resepsiyon və xidmət komandalarının eyni “müştəri dili” üzərində birləşdirilməsi.
  4. Sales Rituals & Daily Rhythms – gündəlik satış davranışlarını sistemləşdirən real əməliyyat modelləri.
  5. Service-Sales Integration Playbook – müəssisə üçün satış və xidmət davranışlarını birləşdirən təlim kitabçası.