Təsisçi haqqında
İlkin Rüstəmov – xidmət mədəniyyəti, liderlik və komanda inkişafı üzrə ixtisaslaşmış IlkinPro Hospitality platformasının yaradıcısı və aparıcı təlimçisidir.

O, 15 ildən artıq beynəlxalq hotelçilik və xidmət sektorunda çalışaraq insan davranışını, müştəri psixologiyasını və komanda dinamikasını dərindən öyrənmişdir. O, karyerası ərzində Fairmont, Marriott, Rixos, Serena Hotels kimi beynəlxalq brendlərdə müxtəlif vəzifələrdə çalışmış, satış koordinatorluğundan baş menecerliyədək yüksələrək böyük idarəçilik təcrübəsi qazanmışdır. 

O, ATMU və Avstriyanın IMC Krems Universitetinin “Qonaqpərvərlik Menecmenti” ixtisası üzrə bakalavr dərəcəsinə malikdir və 2010-cu ildə məzun olmuşdur. Təhsilini həmçinin Erasmus proqramı çərçivəsində Yunanıstanın Aleksandr ATEI Universitetində davam etdirərək təhsil və təcrübə mübadilə proqramında iştirak etmişdir.
Bundan öncə, 2004–2005-ci illərdə, FLEX beynəlxalq tələbə mübadilə proqramı ilə ABŞ-ın Vaşinqton ştatında orta təhsil almış və həmin proqramın məzunu olmuşdur.