IlkinPro Hospitality

Biz hər bir biznesin mərkəzinə “insan təcrübəsini” qoyuruq.

İlkin Rüstəmovun rəhbərliyi ilə IlkinPro — xidmət, liderlik və komanda mədəniyyətini yüksəldən təlim və inkişaf platformasıdır.

Haqqımızda
IlkinPro Hospitality — müəssisələrdə xidmət keyfiyyətini, liderlik davranışını və komanda mədəniyyətini formalaşdıran inkişaf mərkəzidir.

Bizim missiyamız, insan davranışını dəyişdirərək təşkilatların xidmət keyfiyyətini, qonaq təcrübəsini və komanda ruhunu yeni səviyyəyə qaldırmaqdır.

💡 Bizim fəlsəfə:

Hər biznesin uğuru bir davranışdan başlayır. Biz inanırıq ki, “xidmət” sadəcə bir şöbə və ya vəzifə deyil — bu, düşüncə tərzidir. Xidmət mədəniyyəti, həm qonağa, həm həmkarlara, həm də rəhbərliyə qarşı münasibətdə formalaşan insan yönümlü sistemdir.IlkinPro bu anlayışı beynəlxalq təcrübə və yerli mədəni dəyərlərlə birləşdirir.

Biz qaydalar yox, vərdişlər və davranışlar üzərində işləyirik. Çünki davranış dəyişəndə — nəticə dəyişir.
Təsisçi haqqında
İlkin Rüstəmov – xidmət mədəniyyəti, liderlik və komanda inkişafı üzrə ixtisaslaşmış IlkinPro Hospitality platformasının yaradıcısı və aparıcı təlimçisidir.

O, 15 ildən artıq beynəlxalq hotelçilik və xidmət sektorunda çalışaraq insan davranışını, müştəri psixologiyasını və komanda dinamikasını dərindən öyrənmişdir. O, karyerası ərzində Fairmont, Marriott, Rixos, Serena Hotels kimi beynəlxalq brendlərdə müxtəlif vəzifələrdə çalışmış, satış koordinatorluğundan baş menecerliyədək yüksələrək böyük idarəçilik təcrübəsi qazanmışdır. 

O, ATMU və Avstriyanın IMC Krems Universitetinin “Qonaqpərvərlik Menecmenti” ixtisası üzrə bakalavr dərəcəsinə malikdir və 2010-cu ildə məzun olmuşdur. Təhsilini həmçinin Erasmus proqramı çərçivəsində Yunanıstanın Aleksandr ATEI Universitetində davam etdirərək təhsil və təcrübə mübadilə proqramında iştirak etmişdir.
Bundan öncə, 2004–2005-ci illərdə, FLEX beynəlxalq tələbə mübadilə proqramı ilə ABŞ-ın Vaşinqton ştatında orta təhsil almış və həmin proqramın məzunu olmuşdur.
Xidmətdən Mükəmməlliyə — Hotel Təlim Proqramı
IlkinPro Hospitality-nin “Xidmətdən Mükəmməlliyə” proqramı otellərdə xidmət keyfiyyətini, qonaq təcrübəsini və komanda ruhunu yüksəltmək üçün hazırlanmış 5 günlük peşəkar təlim modelidir.
Bu proqram sadəcə bilik ötürmür — xidmət fəlsəfəsini dəyişir.

🎯 Nəyə nail olacaqsınız
  • Qonaq məmnuniyyətinin və loyallığın artması
  • Aktiv satış düşüncəsinin formalaşması
  • Komanda içi koordinasiyanın və motivasiyanın güclənməsi
  • Xidmət keyfiyyətinin ölçülə bilən və davamlı olması
💡 Hər şöbə (Front Office, Sales, F&B, Housekeeping, Security, Management) üçün ayrıca sessiyalar — hər biri 3–3.5 saat, gündə 2 sessiya.

👨‍🏫 Təlimçi haqqında: İlkin Rüstəmov - 15 ildən artıq beynəlxalq hotelçilik təcrübəsinə malik turizm mütəxəssisdir. İlkin bəy, həm yerli bazarın reallıqlarını, həm də beynəlxalq xidmət standartlarını dərindən bilən bir lider olaraq, bu təlimdə otellərdə xidmətin insan davranışı, mədəniyyət və satış psixologiyası ilə necə bağlı olduğunu praktik şəkildə izah edir.

Bu proqramın məqsədi təkcə təlim keçmək deyil, xidmətə baxış bucağını dəyişmək, qonaqla davranışı sənət səviyyəsinə qaldırmaqdır.
Ətraflı təqdimatı yüklə
Sifariş sorğusu ver
IlkinPro Hotel Operation System
Otellər üçün hər şey bir yerdə – bulud əsaslı idarəetmə sistemi.

IlkinPro HotelOS – otellərin bütün əməliyyatlarını vahid platformadan idarə etməsi üçün yaradılıb.

Rezervasiyadan qiymət siyasətinə, housekeeping-dən maliyyə hesabatlarına qədər hər şeyi bir sistemdə izləyin və optimallaşdırın.

🔑 Əsas üstünlüklər:
🤖 Dinamik qiymət analizi – bazarı izləyir, qiymətləri optimallaşdırır, gəlirinizi artırır.
🏨 Tam PMS – rezervasiya, check-in/out, housekeeping və hesabatlar bir paneldə.
🔗 200+ OTA sinxronizasiyası – Booking.com, Expedia, Airbnb ilə avtomatik inteqrasiya.
💻 Birbaşa bron mühərriki – saytınızdan komissiyasız rezervasiya imkanı.
🌟 Əlavə modullar – HR, mühasibatlıq, anbar, banketlər və daha çoxu.
Təqdimatı və qiymət cədvəlini yüklə
Yeni hotel qeydiyyatı sorğusu
IlkinPro Stars  - Loyallıq proqramı
Müştərinizi geri gətirən güc. Müasir rəqabətli bazarda ən qiymətli sərvət – təkrar qonaqdır. 

✨ Niyə IlkinPro Stars?
📲 100% rəqəmsal – əlavə proqram yükləmədən, Apple Wallet və Google Wallet üzərindən.
🎨 Brendinizə uyğun – kartlar tamamilə sizin loqo və rənglərinizlə fərdiləşdirilir.
🤝 Daimi əlaqə – push bildirişləri ilə qonaqlara xüsusi təkliflər göndərin.
📊 Şəffaf analitika – bütün əməliyyatlar və kampaniyalar hesabatlarda aydın görünür.
🚀 Limitsiz imkanlar – istədiyiniz qədər kart, müştəri və kampaniya.
Xidmət mədəniyyəti auditi
Müəssisənizdə xidmət davranışının real vəziyyətini ölçün və inkişaf xəritəsini müəyyən edin.

Xidmət mədəniyyəti yalnız standartlarla ölçülmür — o, insan davranışı, komanda münasibətləri və müştəri təcrübəsinin bütövlüyü ilə formalaşır.

IlkinPro Hospitality komandası olaraq biz xidmət prosesinizi sadəcə “müşahidə etmirik” — biz onu hiss edirik, ölçürük və sistemləşdiririk.

Xidmət Mədəniyyəti Auditi — müəssisənin xidmət keyfiyyətini, komanda davranışını və idarəetmə sistemlərini analiz edən kompleks qiymətləndirmə modelidir.

Bu audit nəticəsində siz xidmət mədəniyyətinizin hazırkı səviyyəsini, komanda münasibətlərindəki balansı və qonaq təcrübəsindəki boşluqları aydın şəkildə görürsünüz. 

🔍 Audit nəyi əhatə edir
  1. Komanda müşahidələri — real iş mühitində ünsiyyət, qarşılanma, xidmət davranışı və qonaqla emosional əlaqə səviyyəsinin təhlili
  2. Xidmət standartlarının praktik tətbiqi — mövcud qaydaların gündəlik əməliyyatla uyğunluğunun yoxlanılması
  3. Qonaq təcrübəsinin qiymətləndirilməsi — real və ya “mystery guest” metodu ilə qonaq təəssüratlarının təhlili
  4. İdarəetmə və liderlik davranışının analizi — rəhbərlərin komanda üzərində təsiri və xidmət yönümlü idarəetmə vərdişləri
  5. Komanda anketləri və müsahibələr — daxili motivasiya, ünsiyyət və əməkdaşlıq mədəniyyətinin səviyyəsinin müəyyən edilməsi
Xidmət və qonaq təcrübəsi konseptinin qurulması
Hər brendin öz xidməti ruhu olmalıdır — gəlin, sizin müəssisəniz üçün bunu birlikdə yaradaq.

Xidmət konsepti — müəssisənin mədəniyyət kodudur.
Bu konsept qonağın hiss etdiyi atmosferi, əməkdaşın davranış tonunu və brendin ünsiyyət tərzini müəyyən edir.

IlkinPro Hospitality komandası olaraq biz, hər müəssisə üçün fərqli və orijinal xidmət və qonaq təcrübəsi konsepti formalaşdırırıq — elə bir sistem ki, müştəri sənin biznesini seçəndə xidmət fərqini hiss etsin.

💡 Bu xidmət nə üçün lazımdır:
Çox vaxt bizneslər brendin vizual tərəfinə (loqo, interyer, menyu) diqqət edirlər, amma xidmət davranışı və qonaq təcrübəsi dizaynı arxa planda qalır. Halbuki, bu iki element — müştərinin yaddaşında qalan əsas təəssüratı yaradır. Biz bu boşluğu doldurur və müəssisənizin kimliyini xidmət davranışı səviyyəsində formalaşdırırıq.

⚙️ Prosesi necə aparırıq:
  1. Brend və müştəri təhlili – müəssisənin hədəf auditoriyası, bazar mövqeyi və mövcud qonaq təcrübəsi araşdırılır.
  2. Xidmət hekayəsinin formalaşdırılması – brendin “hissiyyat xəritəsi” yaradılır: qonaq nə görməlidir, nə eşitməlidir, nə hiss etməlidir?
  3. Davranış standartlarının dizaynı – komanda üçün davranış prinsipləri, ünsiyyət tonu, qarşılanma və əməliyyat detallarında xidmət dili qurulur.
  4. Qonaq səyahəti (Customer Journey Mapping) – qonağın müəssisəyə ilk toxunuşundan ayrıldığı ana qədər olan bütün mərhələlər analiz və dizayn edilir.
  5. Tətbiq və təlim mərhələsi – konseptin komandada mənimsənməsi üçün praktiki təlim və simulyasiyalar keçirilir.
Komanda və davranış performansının qiymətləndirilməsi
Xidmətin keyfiyyətini dəyişmək istəyirsənsə — əvvəlcə davranışı ölç.

Xidmətin sabit qalması yalnız sistemlə deyil, insan davranışlarının ritmi ilə mümkündür.
Komandada hər gün baş verən ünsiyyət, liderin tərzi, əməkdaşların bir-birinə münasibəti — bütün bunlar qonaq təcrübəsinin görünməyən, amma ən təsirli hissəsidir.

IlkinPro Hospitality komandası bu sahədə xüsusi bir yanaşma tətbiq edir: biz təkcə performansı yox, davranış enerjisini ölçürük — yəni komandanın necə düşündüyünü, necə hiss etdiyini və bu hisslərin müştəriyə necə ötürüldüyünü.

🔍 Bu xidmət nə üçün gərəklidir:
Bir çox müəssisə nəticəni maliyyə göstəriciləri ilə ölçür, amma xidmət keyfiyyəti insan davranışlarının harmoniyası ilə başlayır.

Nəticədə siz sadəcə “kim yaxşı işləyir” yox, niyə bəziləri fərqlənir, digərləri isə motivasiyasını itirir sualına cavab tapırsınız.

⚙️ Qiymətləndirmə mərhələləri:
  1. Daxili müşahidə və intervyular – əməkdaşların gündəlik davranış və münasibət dinamikasının təhlili.
  2. Team Culture Assessment – komanda daxilində ünsiyyət, əməkdaşlıq və məsuliyyət bölgüsünün dərin analizi.
  3. Leadership Impact Review – rəhbərlərin komanda davranışına təsir səviyyəsinin qiymətləndirilməsi.
  4. Motivasiya və davranış xəritəsi – fərdlərin və ümumi komandanın emosional vəziyyətini göstərən xəritə hazırlanır.
  5. İnkişaf planı və davranış yönümlü təlim təklifləri – nəticələr əsasında 3 mərhələli təlim və motivasiya planı təqdim olunur.
Pre-Opening service setup
Açılışdan öncə xidmət düşüncəsini və komanda mədəniyyətini qurun.

Bir otelin, restoranın və ya hər hansı xidmət məkanının uğuru onun interyerindən və menyusundan əvvəl — insan münasibətləri və komanda davranışı ilə başlayır.

IlkinPro Hospitality komandası açılış mərhələsində olan müəssisələr üçün xidmət yönümlü sistemin sıfırdan qurulması xidmətini təqdim edir.Bu xidmətin məqsədi — yeni açılan biznesin daha ilk gündən “xidmət mədəniyyəti” prinsipi ilə işləməsini təmin etmək, komandada vahid davranış dili və xidmət standartlarını formalaşdırmaqdır.

💡 Bu xidmət nəyi əhatə edir:
  1. Xidmət strukturu və davranış çərçivəsinin qurulması – komanda rollarının, rəhbərlik münasibətlərinin və ünsiyyət sisteminin yaradılması.
  2. Komanda seçimi və təlim planlaması – açılış öncəsi komanda üçün təlim modulları və davranış yönümlü onboarding proqramı hazırlanır.
  3. Xidmət ssenariləri və qonaq axınının dizaynı – hər xidmət mərhələsi üçün real əməliyyat simulyasiyaları və davranış nümunələri tərtib olunur.
  4. Standartların və ölçülərin tətbiqi – xidmət keyfiyyəti üçün ölçülə bilən göstəricilər (Service KPIs) hazırlanır.
  5. Açılışdan əvvəl “trial service day” – komandanın birgə məşqlərlə real xidmət vəziyyətlərini təcrübədən keçirdiyi sınaq günü təşkil olunur.
Service-driven sales culture
Satışı xidmət üzərindən quraq – çünki etimad ən güclü satış alətidirƏn uğurlu satışçılar müştəriləri inandıran yox, onları anlayan insanlardır. Müasir dövrdə satış artıq yalnız rəqəmlərlə deyil, emosiya və etimadla idarə olunur.

IlkinPro Hospitality bu yanaşmanı “Service-driven Sales Culture” modeli ilə sistemləşdirir — yəni satış mədəniyyətini xidmət davranışı üzərində qurur.Bu xidmət vasitəsilə biz komanda və rəhbərlərə satışı xidmətin təbii nəticəsi kimi görməyi, müştəri etimadını və sadiqliyini isə “insani davranış” yolu ilə qazanmağı öyrədirik.

🔍 Bu xidmətin məqsədi:
Ənənəvi satış təlimləri insanı rəqəm və texnika ilə yükləyir.
Biz isə fokusumuzu fərqli yerə yönəldirik — emosional intellekt, empati və etimad. Çünki müştəriyə dəyər hiss etdirmədən, ona məhsul dəyəri izah etmək mümkün deyil.

⚙️ Proses necə işləyir
  1. Satış və xidmət proseslərinin analizi – mövcud satış sisteminin qonaq təcrübəsi ilə əlaqəsinin ölçülməsi.
  2. Davranış yönümlü satış bacarıqları – aktiv dinləmə, empatik ünsiyyət və “etimad körpüsü” texnikaları.
  3. Team Alignment Workshops – satış, resepsiyon və xidmət komandalarının eyni “müştəri dili” üzərində birləşdirilməsi.
  4. Sales Rituals & Daily Rhythms – gündəlik satış davranışlarını sistemləşdirən real əməliyyat modelləri.
  5. Service-Sales Integration Playbook – müəssisə üçün satış və xidmət davranışlarını birləşdirən təlim kitabçası.
AzExperience Travel
Təsisçimiz İlkin Rüstəmovun arzusu Azərbaycana gələn xarici turistlərə daha nümunəvi və peşəkar xidmət göstərmək idi. Bu vizyondan doğan AzExperience Travel incoming (gəlmə turizm) üzrə bütün xidmətləri təqdim edən səyahət agentliyidir.Biz qonaqlarımıza hərtərəfli xidmət göstəririk:

  • Aeroport transferləri və nəqliyyat dəstəyi
  • Şəhər və region turları, peşəkar bələdçilərlə ekskursiyalar
  • Fərdi və qrup tur proqramlarının hazırlanması
  • Otel rezervasiyaları və tam tur paketləri
  • Korporativ tədbirlər və ziyafətlərin təşkili

AzExperience Travel – Azərbaycanın qonaqpərvərliyini ən gözəl formada nümayiş etdirmək üçün yaradılıb.
PartnerPro AI Automation Agency
Təsisçimiz İlkin Rüstəmovun şirkət daxilində prosesləri nizamlamağa və hər şeyi səmərəli idarə etməyə olan sevgisindən ilhamlanaraq yaradılan PartnerPro bu gün bizneslər üçün geniş spektrli süni intellekt əsaslı avtomatlaşdırma xidmətləri təqdim edir. Məqsəd – müəssisələrə vaxt və resurs itkisindən azad olaraq daha məhsuldar işləmək imkanı yaratmaqdır.Xidmətlərimizə daxildir:

  • Müxtəlif biznes proseslərinin AI əsaslı avtomatlaşdırılması
  • Satış, CRM və müştəri idarəetmə sistemlərinin qurulması
  • Marketinq və kommunikasiya alətlərinin optimallaşdırılması
  • Müasir, funksional və yüksək keyfiyyətli veb saytların yaradılması
  • Brendinq və rəqəmsal varlığın gücləndirilməsi

PartnerPro – rəqəmsal transformasiya yolunda sizin etibarlı tərəfdaşınız.

Gəlin, insanları ilhamlandıran mədəniyyətlər quraq.

  • 55 Rashid Behbudov Street, Baku, Azerbaijan
  • AF City Business Center, 11-ci mərtəbə